Cənubi Koreyada “Pukxani” ləqəbli köpəkbalığı şəhəri bir-birinə vurdu!

Cənubi Koreyada “Pukxani” ləqəbli köpəkbalığı şəhəri bir-birinə vurdu!
04.10.2026 02:50 Maraqlı

Cənubi Koreya hakimiyyəti yerli məşhur olan “Pukxani” ləqəbli köpəkbalığını Pusan şəhərinin Şimal limanındakı kanaldan açıq dənizə çıxara bilməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Çunq-an İlbo” qəzeti məlumat yayıb.

Yırtıcı sahil parkının yaxınlığındakı şəhər kanalına daxil olduqdan və oradan çıxa bilmədikdən sonra yerli sakinlərin sevimlisinə çevrilib.

Xilasedicilər köpəkbalığını bir neçə dəfə kanaldan çıxarmağa çalışıblar. Bunun üçün beş gəmi cəlb edilib və su nasoslarının köməyi ilə köpəkbalığı limanın çıxışına doğru yönləndirilib. Daha sonra torlardan istifadə olunub. Lakin cəhdlərin heç biri uğurlu olmayıb. “Pukxani” torların altından keçib, torlardan biri isə dibə ilişib.

Daha sonra torlar kanalın demək olar ki, sonuna yaxın hissəsində qurulub. Pusan hakimiyyəti köpəkbalığının limanı öz istəyi ilə tərk etməsini gözləmək qərarına gəlib.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər