Parisdə Ukraynaya qarşı etiraz aksiyası! Aİ bayrağını cırdılar
Fransanın Avropa İttifaqına (Aİ) üzvlüyünə və ölkə hakimiyyətinin siyasətinə qarşı Parisdə keçirilən etiraz aksiyası zamanı nümayişçilər Aİ bayrağını cırıblar.
TodayPress TV xəbər verir ki, aksiya Parisin tarixi I dairəsində yerləşən Pale-Royal meydanında keçirilib, tədbirdə yüzlərlə insan iştirak edib.
Aksiyanın təşkilinə çağırış edən Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo Aİ-nin Ukrayna hakimiyyətinə maliyyə dəstəyini davam etdirdiyini bildirib.
Nümayişçilərin əlində Fransa Prezidenti Emmanuel Makrona Kiyevin maliyyələşdirilməsini dərhal dayandırmaq tələbi ilə plakatlar olub.
Etirazçılar “Ukraynaya silah, təyyarə və pul verilməsin!” kimi şüarlar səsləndiriblər.
Aysel Mətləb