85 ev boşaldıldı: Britaniyada SİRLİ hadisə

85 ev boşaldıldı: Britaniyada SİRLİ hadisə
04.10.2026 13:00 Dünya

Britaniyanın “Fairford” aviabazası yaxınlığında saxlanılan beş nəfərin əməliyyatın əsl məqsədindən xəbərsiz olduğu və ya muzdlu icraçılar kimi istifadə edildiyi ehtimal olunur.

TodayPress TV-nin məlumatına görə, “The New York Times” yazır ki, saxlanılan şəxslərdən biri tutulmazdan qısa müddət əvvəl özü təcili xidmətə zəng edib.

Üç furqonda benzin aşkar edilib, lakin partlayıcı maddə tapılmayıb. Hadisə ilə əlaqədar ərazidəki təxminən 85 ev boşaldılıb.

Saxlanılan beş şəxsin hamısı daha sonra girov qarşılığında sərbəst buraxılıb. Böyük Britaniya və ABŞ hakimiyyət orqanları hadisədə mümkün İran izini araşdırır. Tehran isə insidentə hər hansı aidiyyəti olduğunu rədd edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər