SON DƏQİQƏ: Qardaş ölkədə zəlzələ baş verdi
Türkiyənin Adana və Osmaniye vilayətlərində 24 dəqiqə fərqlə iki zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, “Cumhuriyet” qəzetinin məlumatına görə, ilk zəlzələ oktyabrın 4-də saat 14:19-da Adananın Saimbeyli rayonunda baş verib. Zəlzələnin maqnitudası 4,8, ocağının dərinliyi isə 7,99 kilometr olub.
İlk yeraltı təkan Adana ilə yanaşı Qaziantep, Hatay, Niğdə və Kayseri vilayətlərində də hiss edilib.
Bundan 24 dəqiqə sonra, saat 14:43-də Osmaniye vilayətinin Sumbas rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanın ocağı 7 kilometr dərinlikdə yerləşib.
Beləliklə, bölgədə qısa müddət ərzində 4,8 və 5,2 maqnitudalı iki zəlzələ qeydə alınıb.
Kübra Musayeva