TRIPP açılır, Gürcüstan nə düşünür?

TRIPP açılır, Gürcüstan nə düşünür?
04.10.2026 16:52 Dünya

Gürcüstan TRIPP marşrutunu ölkə ərazisindən keçən mövcud nəqliyyat yollarına rəqib hesab etmir.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, 2020-ci ildən Orta Dəhliz üzrə yükdaşımaların həcmi 7 dəfə artıb. Buna görə də marşrutların şaxələndirilməsinə obyektiv ehtiyac yaranıb. Kobaxidze hesab edir ki, “Tramp marşrutu” mövcud nəqliyyat yollarını tamamlayan əlavə imkan ola bilər.

Baş nazir vurğulayıb ki, TRIPP və ya digər marşrutların Gürcüstan üzərindən keçən ənənəvi nəqliyyat yolları üçün ciddi problem yaradacağını düşünmürlər. Onun sözlərinə görə, bu, Anaklia limanına da aiddir.

Kobaxidze Anaklia limanına marağın yüksək olduğunu qeyd edərək bildirib ki, bu amil Gürcüstanın nəqliyyat marşrutunun rəqibinin olmadığını göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər