Tramp yeni qurum yaratdı: Birbaşa özünə tabe olacaq

Tramp yeni qurum yaratdı: Birbaşa özünə tabe olacaq
04.10.2026 17:26 Dünya

ABŞ Prezidenti Donald Tramp “Superintellekt Qüvvələri”nin (SIF) yaradıldığını elan edib.

TodayPress TV xəbər verir ki, yeni qurum federal hökumətlə istehlakçılar, ictimai və dini təşkilatlar, kritik infrastruktur operatorları və superintellekt sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığı əlaqələndirəcək.

SIF-ə Milli Kəşfiyyat direktoru Cey Kleyton, Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, müdafiə nazirinin elmi tədqiqatlar və inkişaf üzrə müavini, texnologiyalar üzrə direktor Emil Maykl, eləcə də Kadrların İdarə Edilməsi Ofisinin direktoru Skott Kupor rəhbərlik edəcəklər.

Qurum ABŞ prezidentinə və Ağ Evin aparat rəhbəri Syuzie Uaylsə tabe olacaq.

Tramp açıqlamasında SIF-in birbaşa özünə tabe olacağını xüsusi vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər