Almaniyadan Ukraynaya böyük dəstək: Nələr veriləcək?
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyadan ölkəsinə 1,3 milyard avrodan çox dəyərində yeni dəstək paketi ayrıldığını açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
Zelenski bildirib ki, Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı Ukraynanın müdafiəsi, hava hücumundan müdafiə sistemlərinə ehtiyac və enerji sektoruna dəstək məsələləri müzakirə olunub. Yeni paketə silah tədarükü ilə yanaşı, qış mövsümü ərəfəsində Ukraynanın enerji infrastrukturuna yardım da daxildir.
Onun sözlərinə görə, görüş zamanı ümumilikdə 15 saziş və sənəd üzrə razılıq əldə olunub. Sənədlərin əksəriyyəti təhlükəsizlik sahəsində əməkdaşlıq, silah istehsalı və satınalmalar, eləcə də Almaniya sənayesi üçün Ukraynanın sifarişləri və ölkədə birgə layihələrin həyata keçirilməsi ilə bağlıdır.
Zelenski qeyd edib ki, bu gün əldə olunan razılaşmaların ümumi dəyəri 8,5 milyard avronu ötür.
Bundan əlavə, dronlarla mübarizədə birgə imkanların genişləndirilməsini nəzərdə tutan ayrıca saziş də imzalanıb.
Kübra Musayeva