Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı

Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı
13.08.2026 09:14 Maraqlı

İnternetdə yazılan emosional fikirlər təkcə məhsul və ya xidmət haqqında təsəvvürümüzü dəyişmir. Bu paylaşımlar həm də müəllifə münasibətimizə və öz emosional vəziyyətimizə təsir göstərə bilər.

TodayPress TV xəbər verir ki, Cənubi Florida Universitetinin alimləri apardıqları araşdırmada emosional onlayn məzmunun insanlarda üç əsas reaksiya yaratdığını müəyyən ediblər.

İstifadəçi ilk növbədə məhsul, məkan və ya ideya haqqında fikir formalaşdırır. Daha sonra paylaşımı yazan şəxsin xarakteri və etibarlılığı barədə qənaətə gəlir. Üçüncü reaksiya isə emosional yoluxmadır — yəni oxucu paylaşımın yaratdığı oxşar hissi özü də yaşaya bilər.

Məsələn, qəzəbli və mənfi rəy müəllifin etibarını azalda bilər. Bu halda oxucu onun fikrinə daha az əhəmiyyət verə bilər. Lakin həmin mənfi emosiyalar eyni zamanda məhsula və ya brendə qarşı mənfi münasibət də yarada bilər.

Alimlərin fikrincə, buna görə də eyni paylaşım məhsula marağı həm artıra, həm də azalda bilər.

Tədqiqatçılar hesab edirlər ki, yeni nəzəriyyə internetdə emosional məzmunun istifadəçi davranışına təsirini daha yaxşı anlamağa kömək edəcək. Nəticələrin marketinq, sosial media platformaları və onlayn məzmunun tənzimlənməsi sahəsində də istifadə oluna biləcəyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər