Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər
Mütəxəssislər bildirirlər ki, suyun sərt və ya yumşaq olması həm sağlamlığa, həm də məişət texnikasının istismar müddətinə təsir göstərir.
TodayPress TV xəbər verir ki, sərt su kran və borularda əhəng çöküntüsü yaradır, paltaryuyan və qabyuyan maşınların daha tez sıradan çıxmasına səbəb ola bilər.
Bununla yanaşı, sərt su dərinin qurumasına, saçların matlaşmasına da təsir edir. Ekspertlər qeyd edirlər ki, suyun keyfiyyətini müəyyən etmək üçün əvvəlcə analiz aparılmalı, yalnız bundan sonra uyğun filtr və ya yumşaldıcı sistem seçilməlidir.