Marsda mürəkkəb üzvi birləşmə tapıldı – Alimlər həyəcan təbili çalır

Marsda mürəkkəb üzvi birləşmə tapıldı – Alimlər həyəcan təbili çalır
27.06.2026 15:03 Maraqlı

NASA-nın “Perseverance” roveri Marsın Jezero kraterində qədim süxurlarda makromolekulyar karbon aşkar edib.

TodayPress TV xəbər verir ki, tədqiqat nəticələri “Science Advances” jurnalında dərc olunub.

Tapıntı təxminən 3,7 milyard il əvvəl mövcud olmuş qədim gölün yatağında qeydə alınıb.

Alimlər Neretva Vadisində yerləşən "Bright Angel" çıxıntısındakı süxurları "SHERLOC" cihazı ilə analiz ediblər. Araşdırılan nümunələrdən biri “Şiava Şəlaləsi” adlanan və xallı naxışı ilə diqqət çəkən süxur olub.

NASA mütəxəssislərinin bildirdiyinə görə, bu, Mars səthində indiyədək aşkarlanmış ən dayaz və ən “üzvi maddəyə yaxın” karbon tapıntılarından biridir. Lakin alimlər onun mənşəyinin hələ də dəqiq müəyyən olunmadığını vurğulayırlar.

Karbonun həm qeyri-bioloji (meteoritlər, hidrotermal proseslər), həm də potensial bioloji mənbələrlə uyğun ola biləcəyi qeyd edilir. Mütəxəssislər bununla bağlı qəti nəticə çıxarmaq üçün Mars nümunələrinin Yerə gətirilib laboratoriyada araşdırılmasının vacibliyini bildirirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər