Dünyanın ən ağıllı şəhərləri açıqlandı

Dünyanın ən ağıllı şəhərləri açıqlandı
29.07.2026 06:03 Maraqlı

Boston Consulting Group (BCG) tərəfindən hazırlanan ilk “Ağıllı Şəhərlər İndeksi”nin nəticələri açıqlanıb.

TodayPress TV xəbər verir ki, reytinqdə dünyanın 61 ən böyük şəhəri süni intellekt və rəqəmsal texnologiyalardan istifadə səviyyəsinə görə qiymətləndirilib.

İndeks şəhərləri sakinlər üçün əldə olunan nəticələr, inkişaf strategiyası, texnologiyaların tətbiqi, hökumətlərin icra səmərəliliyi, həmçinin maliyyələşmə, kadr potensialı və infrastruktur kimi meyarlar üzrə dəyərləndirib.

Araşdırmanın nəticələrinə əsasən, 2026-cı ildə London dünyanın ən ağıllı şəhəri seçilib. İlk beşlikdə Dubay, Nyu-York, Vaşinqton və Amsterdam da yer alıb.

Hesabatda qeyd olunur ki, süni intellektə maraq artıq yalnız ənənəvi texnologiya mərkəzləri ilə məhdudlaşmır. Afrika, Asiya və Yaxın Şərq şəhərlərində yaşayanlar gündəlik həyatda generativ süni intellekt alətlərindən istifadəyə daha yüksək maraq göstərirlər.

2026-cı ilin ən ağıllı 20 şəhəri:

1. London

2. Dubay

3. Nyu-York

4. Vaşinqton

5. Amsterdam

6. Berlin

7. San-Fransisko

8. Şanxay

9. Pekin

10. Seul

11. Sinqapur

12. Vyana

13. Kopenhagen

14. Şençjen

15. Boston

16. Los-Anceles

17. Stokholm

18. Sürix

19. Münhen

20. Əbu-Dabi

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər