Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi
Çində aparılan araşdırma ağacəkmə kampaniyalarının su ehtiyatlarına gözlənilməz təsir göstərə biləcəyini ortaya çıxarıb.
TodayPress TV xəbər verir ki, alimlər 2001-2020-ci illərdə Çində meşə sahələrinin 226 min kvadrat kilometr artdığını müəyyən ediblər. Bu müddətdə yağıntıların miqdarı artsa da, suyun buxarlanması daha çox yüksəlib və nəticədə bir sıra bölgələrdə su əlçatanlığı azalıb.
Xüsusilə otlaq sahələrinin meşələrə çevrildiyi ərazilərdə su əlçatanlığı ildə 3,36 milyard kubmetr azalıb. Tədqiqatçılar bildirirlər ki, bitkilərin atmosferə buraxdığı rütubət küləklə başqa bölgələrə daşına bildiyi üçün ağacəkmənin nəticələrini yalnız yağıntı artımı ilə qiymətləndirmək düzgün deyil.
Kübra Musayeva