Braziliyadan QEYRİ-ADİ layihə: İnsan saçından okean filtri hazırlandı

Braziliyadan QEYRİ-ADİ layihə: İnsan saçından okean filtri hazırlandı
12.08.2026 06:20 Maraqlı

Braziliyada okeanın mühafizəsi məqsədilə insan saçından hazırlanan filtrlərdən istifadə olunmağa başlanılıb.

TodayPress TV "Euronews"a istinadən xəbər verir ki, ekoloqlar ianə edilmiş saçlardan sahilləri neft sızıntılarından qorumaq üçün üzən baryerlər hazırlayırlar.

Texnologiyanın ilkin sınaqları uzun müddətdir müxtəlif çirkləndiricilərin təsirinə məruz qalan Rio-de-Janeyrodakı Quanabara körfəzində aparılıb.

Qeyd edək ki, ABŞ və Çilidə bu üsul artıq bir müddətdir tətbiq olunur. Kimya mütəxəssisi Karolin Karvalyonun sözlərinə görə, sözügedən baryerlər dəniz suyunda dörd aya qədər davam gətirə və gəmilərdən, eləcə də qanunsuz tullantılardan sızan zərərli maddələri udaraq toplaya bilir.

Məlumata görə, onlarla gözəllik salonu və bərbərxana okean sularının qorunmasına yönəlmiş layihəyə dəstək məqsədilə kəsilmiş saçları təhvil verib.

Bundan əlavə, filtrasiya prosesində heyvan yunlarından da istifadə etmək mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər