Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur
ABŞ-nin Los-Anceles şəhərinin Pakoima rayonunda 65 min kvadratmetrdən çox asfalt xüsusi işıqəks etdirən boya ilə örtülüb.
TodayPress TV xəbər verir ki, araşdırmaya əsasən, bu örtük ekstremal isti günlərdə asfaltın səth temperaturunu təxminən 10 dərəcə aşağı salır. Mütəxəssislər bildirirlər ki, boya günəş şüalarının bir hissəsini geri əks etdirdiyi üçün yol örtüyü daha az qızır. Bununla belə, texnologiyanın uzunmüddətli effektivliyi və insanların hiss etdiyi istiliyə təsiri hələ də araşdırılır.