Ruslar gəlir – Bütün Avropa boyunca səngərlər qazılmağa başladı

Ruslar gəlir – Bütün Avropa boyunca səngərlər qazılmağa başladı
21.09.2026 12:21 Dünya

Avropada Rusiyadan mümkün təhlükə ilə bağlı xəbərdarlıqlar səngimir. 

TodayPress TV xəbər verir ki, təkcə 19 sentyabr tarixi ərzində qitənin bir sıra ölkələrində müharibə və mümkün böhranla bağlı hazırlıq çağırışları səsləndirilib.

Britaniyada cəmiyyətin mümkün münaqişəyə psixoloji hazırlanmasından danışılıb, Fransa Prezidenti Emmanuel Makron böhran qarşısında birlik çağırışı edib. Polşanın Baş naziri Donald Tusk qarşıdakı həftə və ayların çətin keçə biləcəyini deyib. Finlandiya Prezidenti Aleksandr Stubb isə Rusiyanın dron fəallığına diqqət çəkərək əhalinin ciddi hadisələrə hazır olmasının vacibliyini vurğulayıb.

Eyni vaxtda Almaniyada dövlət aparatı və Bundesver mümkün genişmiqyaslı münaqişəyə hazırlıq görür, İsveçrə müdafiə imkanlarını artırır, Litvada isə mülki əhalinin kütləvi təxliyəsi üçün planlar hazırlanır. Niderland və Çexiyada Rusiyanın hibrid fəaliyyətinin artdığı bildirilir. Berlində isə seçkilər zamanı mümkün Rusiya müdaxiləsinə qarşı hazırlıq aparılır.

Yəni bir gün ərzində Avropanın müxtəlif ölkələrindən eyni mövzuda – müharibə, Rusiya təhlükəsi, hibrid hücumlar və mümkün təxliyə ilə bağlı xəbərlər gəlib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər