4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur

4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur
17.08.2026 13:27 Dünya

Belçika, Lüksemburq, Niderland və İsveç 1 oktyabr 2026-cı ildən Rusiyanın beş il müddətinə verilən qeyri-biometrik pasportlarını tanımayacaq.

TodayPress TV xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, İsveçdə bəzi Rusiya vətəndaşları üçün istisna tətbiq ediləcək. 

Belə ki, 1 oktyabrdan əvvəl verilmiş Şengen vizası və ya Aİ və Şengen ölkələrində yaşayış icazəsi olan şəxslərin qeyri-biometrik pasportları 31 dekabr 2026-cı ilədək qəbul ediləcək.

Belçika, Lüksemburq və Niderland isə keçid dövrü üçün belə istisna nəzərdə tutmayıb.

Yeni qaydaların qüvvəyə minməsindən sonra Rusiyanın qeyri-biometrik pasportları artıq 15 Avropa ölkəsində tanınmayacaq. Bu sənədlər daha əvvəl Finlandiya, İslandiya, Danimarka, Estoniya, Litva, Latviya, Polşa, Çexiya, Fransa, Almaniya və Rumıniyada qəbul edilmirdi.

Bundan əlavə, Monteneqro da 1 noyabr 2026-cı ildən Rusiya vətəndaşları üçün vizasız rejimi ləğv edəcək. Hazırkı qaydalara əsasən, rusiyalılar oktyabrın 31-dək ölkəyə vizasız daxil olaraq 30 günədək qala bilərlər. Noyabrın 1-dən isə Monteneqroya səfər üçün viza tələb olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər