Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır

Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır
17.08.2026 14:15 Dünya

ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqi daha da artıracağına söz verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə naziri Skott Bessent də Vaşinqtonun gələn həftə Tehranla bağlı “indiyədək görünməmiş” iqtisadi tədbirlər açıqlayacağını bildirib.

ABŞ artıq İrana qarşı dəniz, enerji və maliyyə sanksiyalarını genişləndirib və İran limanlarına dəniz blokadası tətbiq edir. Trampın ikinci prezidentlik dövrünün əvvəlindən Vaşinqtonun sanksiya siyahısına 1 000-dən çox şəxs, gəmi və təyyarə daxil edilib.

Son məhdudiyyətlər İranın neft daşıyan “kölgə donanmasına”, gəmi sığorta şirkətlərinə, silah alışını asanlaşdıran qurum və şəxslərə, eləcə də rəqəmsal mübadilə platformalarına yönəlib. Bildirilib ki, İranla əlaqəli təxminən 500 milyard dollar dəyərində kriptovalyuta dondurulub.

Vaşinqtonun növbəti mərhələdə İrana sanksiyalardan yayınmağa kömək edən şəxsləri və şirkətləri, həmçinin Çindəki neft emalı müəssisələrini və İranla maliyyə əməliyyatları aparan bankları hədəfə ala biləcəyi bildirilir. Aviasiya sektoruna qarşı əlavə sanksiyalar da mümkün variantlar arasındadır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər