“Neftçi” və “Spartak” arasında yubiley oyunu keçirildi
Oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illiyi münasibətilə “Neftçi” və Litvanın “Spartak” komandaları arasında yoldaşlıq oyunu keçirilib.
TodayPress TV xəbər verir ki, qarşılaşma “Neftçi”nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Görüş xüsusi rəmzi məna daşıyıb. Belə ki, 1951-ci il sentyabrın 16-da stadionun açılışı münasibətilə keçirilən ilk oyunda da məhz “Neftçi” və “Spartak” komandaları qarşılaşıblar.
Oyundan sonra futbol veteranlarına hədiyyələr təqdim olunub.