Trampdan seçki ilə bağlı “BOMBA“
ABŞ Prezidenti Donald Tramp seçkilərlə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sorğular “Amerikanı yenidən möhtəşəm et” (MAGA) hərəkatına dəstəyi hər zaman olduğundan aşağı göstərib.
Tramp iddia edib ki, onun tərəfdarlarının seçkidə iştirakına mane olmağa çalışırlar. O, həmçinin 7 tərəddüdlü ştatın hamısında səs sayına görə qalib gəldiyini, dairələrin 86 faizində və bu il keçirilən praymerizlərin 99 faizində üstünlük əldə etdiyini bildirib.
Tramp seçki bülletenində adının yer aldığını da vurğulayıb.
Kübra Musayeva