“Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı

“Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı
17.08.2026 11:40 İdman

“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta İngiltərə Superkubokunun finalında “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra komandanın mümkün transferləri barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

İspaniyalı mütəxəssis müdafiə xəttinin gücləndirilməsinə ehtiyac olduğunu bildirib:

“Zədələr səbəbindən müdafiədə zəif nöqtələrimizin olduğunu bilirik və onları gücləndirməliyik. Bunu etməyə çalışırıq. Artıq bir neçə həftədir bunun üzərində işləyirik. Uyğun imkan yaranan kimi və klub bunu reallaşdırmağa hazır olduqda transfer baş tutacaq”.

Qeyd edək ki, “Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Saliba 2026-cı il dünya çempionatı zamanı belindən zədə alıb. Daha sonra London təmsilçisi futbolçunun uzun müddət komandanın xidmətindən kənarda qalacağını açıqlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər