Müəllimlərin peşə bayramıdır

Müəllimlərin peşə bayramıdır
05.10.2026 09:16 Elm və Təhsil

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.

TodayPress TV xəbər verir ki, hər il olduğu kimi, bu il də oktyabrın 5-də Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.

Beynəlxalq Müəllimlər Gününün tarixi 1966-cı ilə təsadüf edir. Həmin il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda müəllimlərin hüquq və peşə fəaliyyətinin əsas prinsiplərini müəyyən edən “Müəllimlərin statusu haqqında” ilk beynəlxalq sənəd qəbul olunub.

1994-cü ildən etibarən isə oktyabrın 5-i UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi qeyd edilməyə başlanılıb. Bu tarix eyni zamanda BMT-nin beynəlxalq və ümumdünya günlər siyahısına daxil edilib.

Beynəlxalq Müəllimlər Gününün təsis edilməsində əsas məqsəd müəllim əməyinə diqqətin artırılması, onların cəmiyyətdəki rolunun və təhsilin inkişafına verdikləri töhfənin vurğulanmasıdır.

Hazırda Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Bununla yanaşı, bəzi dövlətlərdə müəllimlərin peşə bayramı fərqli tarixlərdə milli səviyyədə keçirilir.

Azərbaycanda isə Müəllimlər Günü 1993-cü ildən etibarən qeyd olunur.


TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər