Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü

Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü
17.08.2026 11:51 Xarici siyasət

Azərbaycanda Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısı "X" hesabında qeyd edib.

"20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi", - deyə paylaşımda qeyd edilib.

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər