Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi

Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi
17.08.2026 12:44 Xarici siyasət

Rusiyanın paytaxtı Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

TodayPress TV APA-ya istinadla xəbər verir ki, Bəxtiyar Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək, Rusiya Federasiyasından deportasiya olunub.

Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər