Hindistan Məbədində izdiham: 7 nəfər öldü, onlarla yaralı var

Hindistan Məbədində izdiham: 7 nəfər öldü, onlarla yaralı var
17.08.2026 10:04 Dünya

Hindistanın Bihar ştatında yerləşən Aşok Dham məbədi yaxınlığında dini mərasim zamanı izdiham baş verib. 

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.

İlkin məlumata görə, hadisə zamanı elektrik dirəyinin aşması insanların arasında panikaya səbəb olub. Ardınca izdiham yaranıb və bir neçə nəfər basaraq xəsarət alıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Bildirilir ki, yaralananlardan bəzilərinin vəziyyəti ağırdır. Hadisə zamanı məbəddə dini mərasim üçün çoxlu sayda insan toplaşmışdı.

Polis insidentlə bağlı araşdırma aparır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər