Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı!

Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı!
17.08.2026 12:25 İdman

Turinin “Yuventus” klubu İngiltərənin “Tottenhem” komandasında çıxış edən qapıçı Qulyelmo Vikarionun keçidini rəsmiləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İtaliya millisinin qapıçısı “Yuventus”a icarə əsasında keçib. Razılaşmada futbolçunun transfer hüquqlarının alınması ilə bağlı məcburi olmayan satınalma opsiyası da yer alır.

Vikario bu gün “Tottenhem”dən ayrılacaq.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2023-cü ildə “Empoli”dən 18 milyon avro qarşılığında London təmsilçisinə transfer olunub. O, 2025/2026-cı illər  mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, bu matçlarda 65 qol buraxıb və 13 görüşdə  qapısını toxunulmaz saxlayıb.

Transfermarkt portalında italiyalı qolkiperin hazırkı bazar dəyəri 18 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər