“Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur!

“Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur!
17.08.2026 13:45 İdman

“Mançester Siti” klubu “Lill” komandasında çıxış edən Mərakeş millisinin 18 yaşlı yarımmüdafiəçisi Ayyub Buaddinin transferi ilə bağlı razılığa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

Daha əvvəl mətbuatda “Mançester Siti”nin futbolçu üçün 129 milyon avro ödəyəcəyi barədə xəbərlər yayılmışdı. Transferin rəsmən təsdiqlənməsi isə ispaniyalı yarımmüdafiəçi Rodrinin klubdan ayrılaraq “Barselona”ya keçməsindən sonra baş tutacaq.

Buaddi ötən mövsüm “Lill”in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində 5 matçda iştirak edib.

Qeyd edək ki, futbolçunun “Lill”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında Buaddinin bazar dəyəri 80 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər