Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi!

Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi!
17.08.2026 13:07 İdman

“Barselona” İngiltərənin “Arsenal” klubunda çıxış edən isveçli hücumçu Viktor Dyökeresi heyətinə qatmaq variantını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Xose Alvares məlumat yayıb.

Bildirilir ki, Dyökeres “Barselona” üçün Ferran Torresin əvəzinə əsas alternativə çevrilib. Torresin “PSJ”yə keçidindən sonra Kataloniya təmsilçisinə hücum xəttini gücləndirmək üçün yeni futbolçu lazımdır.

Mənbənin məlumatına görə, “Barselona” 2024-cü ildən futbolçunun vəziyyətini izləyir və daha əvvəl onu Robert Levandovskinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirib. 

Torresin 50 milyon avroya satılmasından sonra “Barselona” mövsüm ərzində 30-dan çox qol vura biləcək hücumçu axtarır.

Qeyd edək ki, “Arsenal” ötən yay Dyökeresi “Sportinq”dən 70 milyon avro və bonuslar qarşılığında transfer edib. Forvard “Arsenal”dakı debüt mövsümündə Premyer Liqada 36 oyuna çıxaraq 14 qol vurub və komandasının çempionluq qazanmasına kömək edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər