Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib!

Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib!
17.08.2026 13:30 İdman

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücumçu Kərim Benzema ilə yolları ayırmaq üçün danışıqlar aparır.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, fransalı futbolçunun klubdan ayrılması “Əl-Hilal”ın transfer planlarını ləngidir. 

Klub Benzemanın əvəzləyicisini də müəyyənləşdirib. Namizədlər arasında Olli Uotkins var və onunla şəxsi müqavilənin şərtləri artıq razılaşdırılıb.

Lakin Benzemanın müqaviləsinin xüsusiyyətləri transferin qarşısında maneə yaradır. Futbolçuya ödənişlərin bir hissəsi dövlət strukturları vasitəsilə həyata keçirildiyindən müqavilənin vaxtından əvvəl ləğvi üçün liqanın və aidiyyəti qurumların razılığı tələb olunur.

Benzema isə azad agent statusunda klubdan ayrılmaq üçün müqaviləsinin son ilinə görə nəzərdə tutulan bütün ödənişlərin ona verilməsini tələb edir. Bu tələb “Əl-Hilal”, liqa və Səudiyyə Ərəbistanının aidiyyəti qurumlarını qane etmir.

Məsələnin idman, iqtisadi və digər maraqlarla əlaqəli olması səbəbindən problem hələ həllini tapmayıb. Bu səbəbdən “Əl-Hilal” transfer planları üzrə irəliləyə bilmir.

Qeyd edək ki, Benzema 2026-cı ilin fevralında “Əl-İttihad”dan ayrıldıqdan sonra “Əl-Hilal”a keçib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər