“Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək

“Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək
17.08.2026 14:25 İdman

“Sumqayıt” futbol klubunun kapitanı Səbuhi Abdullazadə əməliyyat olunub.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Əməliyyat uğurla başa çatıb. Futbolçunun təxminən 5 ay sonra yaşıl meydanlara qayıtması gözlənilir.

Qeyd edək ki, Abdullazadə Premyer Liqanın I turunda “Neftçi” ilə oyundan sonra zədələnib. Qırmızı vərəqə alan futbolçu meydanı tərk edərkən əli ilə dəhlizdəki şüşəni sındırıb. Nəticədə iri şüşə parçası onun ayağına düşərək ciddi xəsarət yetirib.

“Neftçi” həmin qarşılaşmada “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər