Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi

Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi
17.08.2026 13:16 İdman

Fransanı təmsil edən üzgüçü Anastasiya Kirpiçnikova peşəkar idman karyerasını başa vurduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.  

Üzgüçü bu qərarı motivasiyasını itirməsi ilə əlaqələndirib.

“Məndə motivasiya qalmamışdı. Artıq özümü üzməyə məcbur edə bilmirdim və buna görə dayanmaq qərarına gəldim. Artıq üzə, su altında hərəkətləri və dönüşləri yerinə yetirə bilmirdim. Nə baş verdiyini bilmirəm. Həmin vaxtdan etibarən hər gün ağlamağa başladım. Motivasiyam yox idi və üzə bilmirdim. Buna görə karyeramı başa vurmaq qərarına gəldim”, – deyə Kirpiçnikova bildirib. 

Qeyd edək ki, Anastasiya Kirpiçnikova 2024-cü il Olimpiya Oyunlarının gümüş medalçısı, beşqat qısa hovuz üzrə Avropa çempionu, qısa hovuz üzrə dünya çempionatının gümüş mükafatçısı, həmçinin qitə çempionatlarının ikiqat gümüş və birqat bürünc medalçısıdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər