Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda!

Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda!
17.08.2026 11:30 İdman

Serbiyanın Loznitsa şəhərində oğlan boksçular arasında keçirilən U-19 Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha üç boksçusu 1/4 finala vəsiqə qazanıb.

Nihat Qasımov (55 kq) ikinci döyüşündə Çexiya təmsilçisi Doryan Kropoqu məğlub edib. Azərbaycanlı boksçu üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. Qasımov 1/4 finalda İngiltərə təmsilçisi Ruben Hujmannla qarşılaşacaq.

Əli Baxışov (60 kq) da növbəti qələbəsini əldə edib. O, Xorvatiya təmsilçisi Petar Krpanı 5:0 hesabı ilə məğlub edib – 30:27, 30:27, 30:27, 30:27, 30:27. Baxışov yarımfinala yüksəlmək uğrunda Slovakiya boksçusu Kristian Haraşiklə üz-üzə gələcək.

Şahin Aslanov (65 kq) isə Rusiya təmsilçisi Muhammad Ali Seferbekovu 3:2 hesabı ilə məğlub edib – 28:29, 29:28, 27:30, 30:27, 29:28. Aslanov 1/4 finalda İngiltərə təmsilçisi Yaşua Flemminqlə qarşılaşacaq.

Beləliklə, oğlan boksçular arasında Azərbaycan millisinin 1/4 finala yüksələn üzvlərinin sayı 4-ə çatıb. Daha əvvəl Əli Əliyev (50 kq) də bu mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün qız boksçuların mübarizəsində Azərbaycanın bir təmsilçisi 1/8 final, iki boksçusu isə 1/4 final görüşünə çıxacaq.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! — 1
Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! — 2
Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! — 3
XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər