Səhiyyə naziri: "1 nömrəli Bakı Tibb Kolleci – zəngin tarixə malik təhsil müəssisəsidir"
1 nömrəli Bakı Tibb Kolleci – zəngin tarixə və müasir inkişaf yoluna malik təhsil müəssisəsidir.
TodayPress TV xəbər verir ki, bu fikirləri 1 nömrəli Bakı Tibb Kollecinin məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.
Nazirin sözlərinə görə, 1902-ci ildən fəaliyyət göstərən kollecin tarixi ərzində minlərlə tibb işçisi yetişdirilib: “Bu gün isə o, öz dəsti-xətti ilə seçilən müasir təhsil ocağına çevrilib."
O, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bu təhsil ocağındakı fəaliyyətini xüsusi qeyd edərək bildirib: “Zərifə xanımın 1962–1969-cu illərdəki fəaliyyəti bu kollecin tədris səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb”.