İdman etmədən arıqlamaq mümkündür? - İsveçdən möcüzəvi ixtira 

İdman etmədən arıqlamaq mümkündür? - İsveçdən möcüzəvi ixtira 
02.10.2026 05:20 Sağlamlıq

İsveç alimləri əzələ kütləsini artırmağa və yağ yandırmağa kömək edən tablet hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

İsveçin “Atrogi” biotexnologiya şirkəti "ATR-258" preparatının ilk sınaq nəticələrini açıqlayıb. Preparatın skelet əzələlərində fiziki məşqlərin bəzi metabolik təsirlərini təqlid etməsi nəzərdə tutulub.

Səkkiz həftə davam edən kiçikmiqyaslı sınaqda artıq çəkisi və ya piylənməsi olan 13 nəfər iştirak edib. Tərtibatçıların məlumatına görə, iştirakçıların yağ kütləsi orta hesabla 1,1 kiloqram azalıb, yağsız kütləsi isə 0,8 kiloqram artıb.

Bundan əlavə, ayaq əzələlərinin gücü və güc hasil etmə qabiliyyəti təxminən 13 faiz yüksəlib.

Preparat əzələlərdə "beta-2-adrenergik" reseptorlara təsir göstərir və "GLUT4" zülalının hüceyrə membranına daşınmasına kömək edir. Bu isə qlükozanın insulinin birbaşa iştirakı olmadan hüceyrələr tərəfindən mənimsənilməsinə şərait yaradır.

Tərtibatçılar gələcəkdə "ATR-258"in arıqlama dərmanları ilə birlikdə istifadə edilərək əzələ kütləsinin itkisinin azaldılmasına kömək edə biləcəyinə ümid edirlər.

Bununla belə, nəticələr hələ ilkin xarakter daşıyır. Sınaqda cəmi 13 nəfərin iştirak etməsi səbəbindən preparatın effektivliyi və təhlükəsizliyinin daha geniş tədqiqatlarda təsdiqlənməsi tələb olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər