Sağlamlıq, yoxsa təhlükə: Su pəhrizinin təsirləri
Son dövrlərdə "su pəhrizi" adı ilə tanınan arıqlama metodu insanlar arasında populyarlaşıb.
TodayPress TV xəbər verir ki, bu pəhriz zamanı insanlar müəyyən müddət ərzində yalnız su qəbul edərək bədənlərini təmizləməyi və çəki itirməyi qarşıya məqsəd qoyurlar.
Bəziləri bu üsulla qısa zamanda arıqladıqlarını bildirirlər.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət qidasız qalmaq enerji çatışmazlığına, halsızlığa və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssis nəzarəti olmadan tətbiq edilən su pəhrizi orqanizm üçün ciddi risklər daşıya bilər. Həkimlər bu tip pəhrizləri ancaq qısa müddətli və peşəkar müşahidə altında məsləhət görürlər.
Türkan İsgəndərli