Qarın piylərini azaltmaq istəyənlər qəhvəni belə içməlidir
Araşdırmalara görə, kofein maddələr mübadiləsini müvəqqəti olaraq sürətləndirə və yağların enerji kimi istifadə olunmasını artıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, qara qəhvə fiziki aktivlik zamanı enerjini artırmağa və kalori qəbulunu azaltmağa da kömək edə bilər. Lakin bunun üçün qəhvəyə şəkər, şərbət və yüksək kalorili qaymaq əlavə edilməməsi tövsiyə olunur.
Kofeinli yaşıl, qara və ulinq çaylarının da maddələr mübadiləsinə və yağların parçalanmasına müəyyən təsir göstərə biləcəyi qeyd edilir.
Kübra Musayeva