Kofeinin gizli təhlükələri üzə çıxdı

Kofeinin gizli təhlükələri üzə çıxdı
29.05.2025 13:45 Sağlamlıq

Monreal Universitetindən olan alimlərin tədqiqatına görə, kofein beynin gecə bərpa prosesini poza bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Communications Biology" jurnalında məlumat dərc olunub.

Kofe və digər kofeinli içkilər, yuxu zamanı belə, beyni aktivləşdirərək onun dərin istirahət və bərpa qabiliyyətini azaldır.

Araşdırma çərçivəsində tədqiqatçılar 40 sağlam könüllünün beyin fəaliyyətini gecə boyunca müşahidə ediblər. Hər iştirakçı iki dəfə yuxu laboratoriyasında yatıb: birində kofein qəbul etdikdən sonra, digərində isə plasebo qəbulundan sonra. Elektroensefaloqrafiya (EEQ) və süni intellektin köməyi ilə alimlər müəyyən ediblər ki, kofein beynin "kritikliyini", yəni nizam və xaos arasında olan və beynin ayıq vəziyyətdə xarici stimullara çevik cavab verdiyi, məlumatları aktiv emal etdiyi bir vəziyyəti gücləndirir. Lakin bu hal gecə saatlarında beynin tam şəkildə "sönməsi" və bərpa olunması prosesinə mane olur.

Bu təsir xüsusilə 20–27 yaş arası gənclərdə daha güclü hiss olunub. Onlarda dərin və bərpaedici yuxuya cavabdeh olan alfa və teta dalğalarında azalma, oyaqlıqla əlaqəli sürətli beta dalğalarında isə artım müşahidə olunub. Alimlərin fikrincə, bu, gənclərin kofeinə daha yüksək həssaslığı ilə bağlıdır: bu yaş qrupunda beyində daha çox adenozin reseptoru mövcuddur və kofein bu reseptorları bloklayaraq beyni daha güclü stimullaşdırır.

Yaş artdıqca bu reseptorların sayı azalır və kofeinin təsiri zəifləyir. Bu səbəbdən 41–58 yaş arası insanlarda kofeinin yuxuya təsiri daha az müşahidə olunub. Buna baxmayaraq, tədqiqat müəllifləri bildirirlər ki, hətta yaşlı insanlarda belə, xüsusilə axşam saatlarında içilən kofe beynin tam bərpa olunmasına mane ola bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
04 IYUN 2026
Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 Bütün Xəbərlər