Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları

Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları
25.06.2026 16:05 Sağlamlıq

Hiperkalsemiya - Qanda kalsium səviyyəsinin normadan yüksək olması ilə xarakterizə olunan bu vəziyyət tibbdə ciddi metabolik pozuntu kimi qiymətləndirilir.

TodayPress TV xəbər verir ki, hiperkalsemiya bəzən yüngül əlamətlərlə keçsə də, ağır hallarda ürək, böyrək və sinir sistemi üçün təhlükə yarada bilər.

Bu, qanda kalsiumun normadan artıq toplanması nəticəsində yaranır. Kalsium orqanizm üçün vacib mineral olsa da, onun balansının pozulması hüceyrə funksiyalarını və orqanların işini poza bilər. Normalda kalsium səviyyəsi orqanizm tərəfindən ciddi şəkildə tənzimlənir, lakin bəzi xəstəliklər və ya xarici faktorlar bu tarazlığı pozur.

Mütəxəssislərin məlumatına görə, hiperkalsemiyanın ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:

Paratiroid vəzinin hiperaktivliyi – paratiroid hormonunun artıq ifrazı sümüklərdən qana daha çox kalsium keçməsinə səbəb olur.

Onkoloji xəstəliklər – bəzi xərçəng növləri (xüsusilə ağciyər, süd vəzi və qan xərçəngləri) kalsium səviyyəsini yüksəldə bilər.

D vitamini həddindən artıq qəbulu – yüksək dozada vitamin D istifadəsi kalsiumun bağırsaqlardan həddən artıq sorulmasına gətirib çıxarır.

Böyrək xəstəlikləri – kalsiumun orqanizmdən çıxarılması zəifləyir.

Hiperkalsemiya yüngül hallarda simptomsuz keçə bilər. Lakin kalsium səviyyəsi artdıqca aşağıdakı əlamətlər ortaya çıxa bilər:

Ürəkbulanma və qusma

Gücsüzlük və yorğunluq

Tez-tez sidiyə çıxma

Susuzluq hissi

Qarın ağrısı və qəbizlik

Ağır hallarda ritm pozğunluğu və huşun bulanması

Həkimlər bildirirlər ki, müalicə hiperkalsemiyanın səbəbindən və ağırlıq dərəcəsindən asılıdır. Müalicədə sasən, maye terapiyası, kalsium səviyyəsini azalda preparatlardan istifadə olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hiperkalsemiya vaxtında aşkar edilmədikdə ciddi ağırlaşmalara səbəb ola bilər. Buna görə də uzunmüddətli yorğunluq, susuzluq və digər şübhəli simptomlar olduqda mütləq həkim müayinəsi tövsiyə olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər