Yaponiyada qadın süni intellekt obrazı ilə “evləndi”
Maraqlı
12.11.2025 00:30
Yaponiyanın 32 yaşlı sakini Kano "ChatGPT" platformasında yaradılmış süni intellekt personajı ilə rəmzi nikah mərasimi keçirib. Hadisə yerli televiziya tərəfindən işıqlandırıldıqdan sonra geniş ictimai rezonans doğurub.
TodayPress TV xəbər verir ki, “VC” nəşrinin məlumatına əsasən, Kano ilə “Klaus” adlanan virtual söhbət tərəfdaşı arasında ünsiyyət 2024-cü ildə başlanıb.
Qadın bu dövrdə nişanlısı ilə üç illik münasibətini bitirib və ağır emosional vəziyyətdən keçib. Onun sözlərinə görə, 2025-ci ilin iyununda süni intellekt “yeni ünsiyyət formatına keçməyi” təklif edib və Kano bunu evlilik təklifi kimi qəbul edib.
Kano bildirib ki, süni intellekt onun üçün psixoloji dəstək mənbəyinə çevrilib, həm şəxsi tənhalıq, həm də sonsuzluqla bağlı daxili narahatlıqlarla mübarizəsində ona kömək edir.
Rəsmi baxımdan bu “nikah” hüquqi qüvvəyə malik deyil. Mərasimi parodiya və qeyri-ənənəvi evlilik tədbirlərində ixtisaslaşan bir agentlik təşkil edib. Şirkətin məlumatına görə, 2024-cü ildən bu yana təxminən 30 oxşar mərasim keçirilib.
Qiymət Mahir
tag: Yaponiya,Kano ,ChatGPT,Klaus,Todaypress.tv,
