Tarixin ən parlaq qara dəlik partlaması qeydə alındı

Maraqlı

04.11.2025 19:15

Amerikalı alimlər superkütləli qara dəlikdən yayılan ən parlaq məşəli qeydə alıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" (AP) xəbər yayıb.

Tədqiqatda qeyd olunur ki, qara dəlikdən gələn bu parıltının işıq gücü 10 trilyon Günəşin parlaqlığına bərabər olub. Alimlərin fikrincə, hadisə böyük bir ulduzun qara dəliyə çox yaxınlaşaraq parçalanması nəticəsində baş verib.

Araşdırma həmçinin göstərir ki, bu cür fövqəladə hadisələrə qara dəliyi əhatə edən isti qaz disklərində yaranan pozuntular və ya dolaşıq maqnit sahələri də səbəb ola bilər.

Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları bildiriblər ki, məşəlin yaydığı enerji səviyyələrini ölçərkən əvvəlcə nəticələrə inanmayıblar, çünki bu qədər güclü parıltı daha əvvəl qeydə alınmayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qara dəlik,Məşəl,İşıq,Ulduz,Todaypress.tv,