Otaq bitkiləri insana fiziki və psixoloji təsir edə bilər
Maraqlı
12.11.2025 19:45
Mütəxəssislərin fikrincə, bəzi otaq bitkiləri sağlamlığa müsbət təsir göstərərək həm fiziki, həm də psixoloji rifahı yaxşılaşdıra bilər.
TodayPress TV xəbər verir ki, bu bitkilər az qulluq tələb edir, güclü oksigen istehsal edir, yuxu keyfiyyətini və konsentrasiyanı artırmağa kömək edir.
Belə faydalı bitkilər arasında aloe vera, yasəmən (jasmin), kauçuk ağacı və çətir ağacı xüsusi yer tutur. Onlar ev şəraitində uzun müddət yaşaya bilir, hava təmizləyici xüsusiyyətlərə malikdir və stressi azaldaraq məhsuldarlığı artırır.
Ekspertlər bildirirlər ki, ev bitkiləri yalnız dekorativ məqsəd daşımır. Onlar havanın keyfiyyətini yaxşılaşdırır, əhval-ruhiyyəni yüksəldir və ümumi rahatlıq hissi yaradır. Xüsusilə qaranlıq və soyuq aylarda yaşıl bitkilər insanlara təbiətlə əlaqə saxlamağa, sakitlik və harmoniya tapmağa kömək edir.
Türkan İsgəndərli
tag: Bitki,Otaq,Psixologiya,Çiçək,Todaypress.tv,
