İqlim dəyişikliyi vanilin məhv olmasına səbəb olacaq

İqlim dəyişikliyi vanilin məhv olmasına səbəb olacaq
03.07.2025 18:45 Maraqlı

Belçikanın Leuven Katolik Universiteti və Kosta Rikanın Lankester Nəbatat Bağının alimləri müəyyən ediblər ki, iqlim dəyişikliyi vanilin yox olmasına səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, tədqiqat “Frontiers in Plant Science” jurnalında dərc olunub.

Təbii vanilin əsas mənbəyi olan Vanilla planifolia bitkisi xəstəliklərə, quraqlığa və istiyə qarşı son dərəcə həssasdır. Alimlər qlobal istiləşmənin vanil növləri və onların tozlandırıcı həşəratlarının yaşayış areallarını necə dəyişə biləcəyini iki fərqli iqlim ssenarisi əsasında modelləşdiriblər.

Tədqiqatın müəllifi Dr. Şarlott Vattin bildirib ki, iqlim dəyişikliyi bu növlərin bir-birindən ayrılmasına və nəticədə onların qarşılıqlı mövcudluğunun pozulmasına səbəb ola bilər. Bu isə vəhşi vanil populyasiyalarının sağ qalmasına ciddi təhlükə yaradır.

Modelə əsasən, bəzi vanil növlərinin yaşayış arealları 2050-ci ilə qədər 140% genişlənə bilər, lakin digər növlərdə 53%-ə qədər azalma gözlənilir. Daha narahatedici isə tozlandırıcı həşəratların yaşayış sahələrinin əhəmiyyətli dərəcədə daralması riskidir.

Alimlər qeyd edirlər ki, vəhşi vanil növlərinin qorunması təkcə ekoloji deyil, həm də kənd təsərrüfatı baxımından həyati əhəmiyyət daşıyır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 IYUN 2026
Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Bütün Xəbərlər