İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi

İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi
21.06.2026 04:00 Maraqlı

Almaniyanın Şlezviq-Holşteyn əyalətinin parlamenti "Reerdigung" - yəni "torpağa qaytarılma" adlanan yeni dəfn üsulunu qanuna daxil edib.

TodayPress TV xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, bu, Almaniyada sözügedən dəfn formasını qanunla təsbit edən ilk əyalətdir. Yeni üsula görə mərhumun cəsədi saman, ot və bitki materialları ilə doldurulmuş qapalı "kokon" adlanan konteynerə yerləşdirilir. Bədəndə və bitki qarışığında olan mikroorqanizmlər konteynerin daxilində temperaturu artırır və bunun sayəsində üzvi maddələr 30-50 gün ərzində humusa çevrilir.

Sümük və dişlər parçalanmadığı üçün daha sonra üyüdülərək alınan humusa qatılır. Hazır humus təbii parçaya bükülərək qəbirdə basdırılır.

Qeyd edək ki, yeni dəfn növü təxminən iki il Leypsiq Universitetinin Məhkəmə Tibb İnstitutunun elmi nəzarəti altında sınaqdan keçirilib. Ədliyyə nazirinin sözlərinə görə, bu üsulla artıq 76 dəfn həyata keçirilib. Hesabatlar və tədqiqatların nəticələri metodun təhlükəsiz olduğunu təsdiqləyib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər