40 il sonra sirr açıldı: Antarktidada tapılan fosilin dinozavra aid olduğu məlum oldu

40 il sonra sirr açıldı: Antarktidada tapılan fosilin dinozavra aid olduğu məlum oldu
30.06.2026 08:57 Maraqlı

Antarktidada 1985-ci ildə aşkar edilən və uzun illər dəniz heyvanına aid hesab olunan fosilin əslində nadir bir dinozavra məxsus olduğu müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Acta Palaeontologica Polonica" elmi jurnalında dərc olunub.

Britaniya Antarktika Tədqiqatının kolleksiyasında saxlanılan sümük paleontoloqlar tərəfindən yenidən araşdırılıb. Tədqiqat nəticəsində onun uzunboyunlu bitki ilə qidalanan titanozavrın quyruq hissəsinə aid olduğu təsdiqlənib. Dinozavrın dəqiq növü isə hələ müəyyən edilməyib.

Alimlər bildirirlər ki, Antarktidada dinozavr qalıqlarına nadir hallarda rast gəlinir. Bunun əsas səbəbi qitənin qalın buz örtüyü ilə örtülməsidir. Mütəxəssislərin sözlərinə görə, milyonlarla il əvvəl Antarktida isti iqlimə və sıx meşələrə malik olub.

Araşdırmaya əsasən, heyvanın uzunluğu təxminən 7 metr olub və öldüyü zaman hələ cavan imiş. Onun ölüm səbəbi məlum olmasa da, cəsədin dənizə aparılaraq çöküntü süxurlarında basdırıldığı ehtimal edilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər