Yeddiqat çempion fırtına kimi gəlir: Hemilton 2026-cı il reqlamentinə meydan oxuyur!
“Formula-1” üzrə yeddiqat dünya çempionu, “Ferrari”nin pilotu Lyuis Hemilton 2026-cı il mövsümünün yeni reqlamentinə uyğunlaşma barədə düşüncələrini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
“Şübhəsiz ki, hər şey hələ də tam təbii alınmır və bunun üzərində böyük səylərlə işləməyə məcburuq. Komandada, eləcə də bu qaydalar çərçivəsində sürücülərdə hələ kəşf edilməmiş böyük potensial var.
Siz komanda ilə eyni dalğaya köklənməyə və daha dərindən inteqrasiya olunmağa çalışırsınız. Həmçinin 2027-ci ilin planlarına, bunun üçün yeni qayda dəyişikliklərinə və atmalı olduğumuz addımlara, qarşıda duran bütün planlaşdırmaya baxırsınız. Bu, böyük bir iş həcmidir, lakin prosesdən və bu komandada olmaqdan həqiqətən böyük zövq alıram”, - deyə Hemilton bildirib.
Namiq HUN