Meksikada möhtəşəm zəfər: Yoviç titulunu qorudu, rekordları alt-üst etdi!
Dünyanın 16-cı raketkası, amerikalı tennisçi İva Yoviç (turnir başlayan anda 18 yaş 282 gün) Mariya Şarapovadan (Birmingem, 2004–2005-ci illər) sonra WTA turnirlərində çempionluq titulunu qoruyan ən gənc idmançı olub.
TodayPress TV xəbər verir ki, bu barədə “OptaAce” statistik resursu məlumat yayıb.
Yoviç, həmçinin Vinus Uilyamsdan (Mayami, 1998–1999-cu illər) sonra bu uğura imza atan ən gənc amerikalı tennisçi kimi tarixə düşüb.
Xatırladaq ki, İva Yoviç ötən həftə Meksikanın Qvadalaxara şəhərində keçirilən “WTA-500” turnirində çempionluq unvanını qoruyub. Final matçında o, həmyerlisi Piton Stirnsə 6:4, 6:2 hesabı ilə qalib gəlib.
Iva Yoviç növbəti oyununu 30 sentyabr – 11 oktyabr tarixlərində Çinin Pekin şəhərində təşkil olunacaq “WTA-1000” turnirində keçirəcək.
Namiq HUN