DÇ-2026 tarixə düşdü: Yeni qol rekordu qeydə alındı

DÇ-2026 tarixə düşdü: Yeni qol rekordu qeydə alındı
26.06.2026 12:02 İdman

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə dünya çempionatında yeni qol rekordu qeydə alınıb.

TodayPress TV xəbər verir ki, hazırkı mundialda indiyədək ümumilikdə 177 qol vurulub.

Bununla da 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında müəyyən edilmiş 172 qolluq rekord geridə qalıb.

Qeyd edək ki, builki dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Qrup mərhələsinin yekununda hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə yüksələcək.

2026-cı il dünya çempionatı iyulun 19-da başa çatacaq.

Xatırladaq ki, mundialın son qalibi Argentina millisidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər