BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı
İrandan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istiqamətində buraxılan iki ballistik raketin dəniz gəmiçiliyinə qarşı yönəldiyi açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
“Qiymətləndirmələrimiz göstərib ki, daha əvvəl İrandan buraxılması qeydə alınan iki ballistik raket dəniz gəmiçiliyinə qarşı yönəldilib və dənizə düşüb”, - deyə nazirliyin yayımladığı açıqlamada bildirilib.
Bununla belə, nazirlik konkret hədəflərin adını açıqlamayıb.
Aysel Mətləb