Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi

Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi
18.08.2026 22:50 Dünya

BMT-nin Koreya yarımadasındakı vəziyyətlə bağlı mövqeyi ABŞ Prezidenti Donald Trampın regionla bağlı son açıqlamalarına baxmayaraq dəyişməyib.

TodayPress TV xəbər verir ki, bunu dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Xeyr, Koreya yarımadasındakı vəziyyətlə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”, - deyə o, müvafiq suala cavabında vurğulayıb.

Xatırladaq ki, yaxın zamanlarda Tramp Şimali Koreya lideri Kim Çen Inla “çox yaxşı münasibətlərinin" olduğunu qeyd edib və ABŞ-nin uzun müddətdir Koreya Respublikası ilə birgə hərbi təlimlərdə iştirak etməyə razılaşmasından narazılığını ifadə edib.

Tramp “Truth Social” platformasında qeyd edib ki, bu təlimlərə çəkilən xərclərin böyük hissəsini ABŞ qarşılayır və onlar “Donald Trampın prezidentliyi dövründə heç bir təhlükə yaratmayan və hörmət nümayiş etdirən ölkəyə qarşı tamamilə yersiz və düşmənçilik siqnalı verir”.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər