Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil”

Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil”
18.08.2026 23:32 Dünya

Azərbaycanın Baş Prokurorluğunun rusiyalı jurnalistlərin axtarışda olması ilə açıqlamaları Moskvanın Bakıya münasibətdə mövqeyini əks etdirmir.

TodayPress TV bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu şəxslərin fikirlərinin Rusiyanın hökumət siyasəti ilə heç bir ortaqlığı yoxdur.

"Hesab edirik ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməlidir", - deyə M.Zaxarovanın vurğulayıb.

Xatırladaq ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib: bunlar "Moskva 24" televiziya kanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev, Rusiyada özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, televiziya jurnalisti və müxbir kimi çalışan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayevdir.

Baş Prokurorluğun açıqlamasına görə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, etnik nifrət, düşmənçiliyin qızışdırılması və terrorizmə açıq çağırışlar ittihamları ilə başlanmış cinayət işi üzrə ilkin istintaq aparılır.

Bu gün səhər Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Yevdokimovu çağırıb, diplomata həmin ölkənin mediasında Azərbaycan xalqı və onun rəhbərliyinə qarşı son təxribatçı açıqlamalarla bağlı sərt etiraz bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər