Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ

Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ
18.08.2026 21:19 Hadisə

Tərtərdə baş verən qəzada xəsarət alan digər piyada da həyatın itirib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Ağdam rayonunun Güllücə kənd sakinləri, 1972-ci il təvəllüdlü Qədimova Mahirə Qərib qızı və 1984-cü il təvəllüdlü Zeynalova Cəmilə Cəlil qızı ölüb.

Mahirə Qədimova hadisə yerində, Cəmilə Zeynalova isə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

19:53

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.

Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər